Bu rayonlara qar yağıb – Faktiki hava

10:30

7 Dekabr

lady gaga

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 06-sı  gündüzdən 07-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.

Sizə maraqlı ola bilər