“Bu şəhərdə”nin konsertinə icazə verilmədi? – Açıqlama

13:26

11 Fevral

lady gaga

“Bu şəhərdə”nin komandasına Sumqayıt şəhərində konsert təşkil etməyə icazə verilməyib.

 

Primetime.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb. O bildirib ki, konsert üçün Sumqayıt İH-nə müraciət ediblər:

 

“Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” sizin şəhərdə olmayacaq”.

 

Sumqayıt şəhər icra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, “Bu Şəhərdə”nin növbəti konsert proqramının Sumqayıtda keçirilməsində hər hansı bir problem yoxdur.

Sizə maraqlı ola bilər