Bu uşaq Azərbaycanın “Messi”si adlandırılır

20:45

21 Noyabr

lady gaga

Türkiyənin “Beşiktaş” klubu “Sumqayıt” futbol klubunun 12 yaşadək futbolçulardan ibarət komandasının üzvü Nihat Əhmədzadəni heyətinə qatıb.

 

Primetime.az Axşam.az-a istinadən xəbər verir ki, 12 yaşlı futbolçu bundan sonra “Beşiktaş”ın futbol akademiyasında oynayacaq.

 

Nihat Əhmədzadə “Mançester Yunayted Futbol Məktəbi”nə seçimlərdə də iştirak edib.

 

Qeyd edək ki, Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi (Azəri Messi) adlandırıb.

Sizə maraqlı ola bilər