Bu yay 29 nəfəri gün vurub

13:51

21 Avqust

lady gaga

Bu mövsüm günvurmalarla bağlı Təcili Tibbi Yardıma 29 müraciət daxil olub.

 

Bu barədə Primetime.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, müraciətlərdən 18-i hospitalizasiya edilib.

 

Qalan 11 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. Hazırda bütün xəstələrin səhhəti qaydasındadır.

 

Ümumi müraciət edənlərin 12-si qadın, 14-ü kişi, 3-ü isə uşaqlar olub.

 

Nazirliyin məlumatında o da vurğulanıb ki, temperaturun yüksək olmasına baxmayaraq, son günlərdə günvurma ilə bağlı cəmi 1 müraciət qeydə alınıb.

Sizə maraqlı ola bilər