Bu yer xəritədə yoxdur: Tonlarla qızıl… – FOTOLAR

16:14

16 May

lady gaga

Amerikanın AP xəbər agentliyi bir-birindən qalmaqallı fotolar paylaşıb.

 

Primetime.az xəbər verir ki, fotolarda mədənlərdən gizli şəkildə qızıl çıxarılan yerlər göstərilib. Verilən məlumata görə, sözügedən ərazilər xəritələrdə görünmür.

 

Belə ki, bunun üçün minlərlə hektar ərazi qızıl axtarmaq üçün istifadə edilən kimyəvi məhsullarla zəhərlənib. Bu, daha çox Amazon bölgəsini əhatə edir. Bu səbəblə hərəkətə keçən Peru təhlükəsizlik dəstələri qanunsuz mədənçilərin avadanlıqlarını tapıb yox etməyi planlaşdırıb.

 

Qeyd edilib ki, sözügedən ərazilər artıq 10 ildir ki, istismar edilir. Bundan başqa bölgədə insan alveri və digər cinayətlərə qarşı da tədbir görülməyə başlayıb. Fevral ayında başlayan “Operation Mercury” adlı proses qanunsuz mədənçilərin bölgədən qaçmasına səbəb olub. Ərazi mədənçilər arasında “La Pampa” olaraq bilinir və dövlətin rəsmi xəritəsində görünmür.

 

Bölgədən hər il 25 ton qızıl çıxarıldığı təxmin edilir.

Sizə maraqlı ola bilər