Bu yol piyadaların qorxulu yuxusuna çevrilib – VİDEO

23:21

25 Fevral

Kim necə gəldi avtomobili idarə edir. Hətta sürücülər üçün təhlükəsizliyə dair bütün xəbərdaredici nişanlar qoyulsa da, buna əməl edən yoxdur.

 

lady gaga

Görüntülər Abşeron rayonunun Digah qəsəbəsinin əsas magistral yolundandır. Qəsəbəsinin içindən keçən yol yerli sakinlər, hətta məktəb şagirdləri üçün də ciddi təhlükəyə çevrilib.

 

Bir neçə gün bundan öncə həmin yolda, Digah qəsəbə tam orta məktəbin 5-ci sinif şagirdi 11 yaşlı Firuzə İsgəndərovanın yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət alması, sakinləri əməlli başlı qorxuya salıb. Onların sözlərinə görə, hətta qəsəbə daxili yolda vəziyyət o yerə çatıb ki, son 6 ayda piyada vurulması ilə nəticələnən 7 yol nəqliyyat hadisəsi olub ki, nəticədə iki nəfər dünyasını dəyişib.

 

Yolda sürücülərin yüksək sürətlə avtomobilləri idarə etməsi, şagirdlər üçün böyük təhlükəyə çevrilib. Məktəblilər həmin yolda radarların quraşdırılmasını istəyirlər.

 

Qəsəbə sakinləri tezliklə yolda təhlükəsizlik tədbirlərinin gücləndirləcəyini gözləyirlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ”Xəzər Xəbər”ə bildirdi ki, günü sabah ərazi üzrə Abşeron rayon dövlət yol polis şöbəsinin əməkdaşları sözügedən yolda nəzarəti gücləndirəcək. Bundan başqa ehtiyac olarsa sürət həddini müəyyən etmək üçün həmin yolda xüsusi texniki vasitlər, yəni radarlar quraşdırılacaq.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər