Bütün dünyanı heyrətə gətirən 3 yaşlı qız Eynşteyni də qabaqladı

11:55

10 Avqust

lady gaga

Hazırda bütün dünya İngiltərə vətəndaşı olan 3 yaşlı Ofeliya Morqan-Dyunun zəkasından danışır. 

O, 171 İQ-yə sahibdir.

Balaca hələ 8 aylıq olanda ilk sözünü söyləyib. elə o vaxtdan rəngləri, rəqəmləri ayırd etməyi bacaran, əlifbanı öyrənən qızcığaz hətta 1 yaşından öncəki anlarını belə yaddaşında saxlayıb.

Ofeliya İQ nəticəsi ilə İngiltərənin ən zəkalı uşaqları 11 yaşlı Arnav Şarma (162 İQ) və 12 yaşlı Rahul Doşini (162 İQ) də keçib. O, həmçinin, 160 İQ-yə sahib almaniyalı fizik Albert Eynşteyni də geridə qoyub. Yaşıdlarından ikiqat daha yüksək intellektə sahib olan  Ofeliyanın anası bildirib ki, qızı kitab oxumağı, rəqəmləri saymağı, məktubları və kompüterləri sevir.

Sizə maraqlı ola bilər