“Canlı yayım etməklə sənətə yiyələnmirlər” – Tünzalədən həmkarlarına SƏRT SÖZLƏR

12:08

11 Oktyabr

lady gaga

Əməkdar artist Tünzalə Ağayeva üstüörtülü olsada bəzi həmkarlarına ismarıc yollayıb.

 

Primetime.az xəbər verir ki, o, sosial şəbəkədə canlı yayım edən həmkarlarına söz atıb.


“Bu gün sənətkarın adı onun keyfiyyətinin göstəricisidirsə, tamaşaçısının daim həm qəlbində, həm diqqətindədirsə, konsertləri satılırsa bu illərlə peşəsinə, sevəninə və özünə verdiyi dəyərin, zəhmətin, eşqlə etdiyi işlərin, fədakarlığının, musiqi mədəniyyətindəki dönməz əqidəsinin nəticəsidir. İnternetdən canlı yayım etməklə sənətə yiyələnmirlər”.

Sizə maraqlı ola bilər