Cem Yılmazdan ayrılıq iddialarına reaksiya: “Dəli…” – VİDEO

20:41

14 Avqust

lady gaga

Ötən ildən bəri eşq yaşayan türkiyəli məşhur komediya ustası, aktyor Cem Yılmaz və aktrisa Defne Samyelinin ayrılması ilə bağlı iddialar ortaya atılıb.

 

Primetime.az xəbər verir ki, 46 yaşlı sənətçi barələrində yayılan məlumatla bağlı sosial şəbəkədə paylaşım edib. Şəxsi hesabında 47 yaşlı sevgilisi ilə birlikdə gülərkən çəkilmiş videosunu yerləşdirən C, Yılmaz “Dəli olubsunuz, Vallah, dəli olublar” sözlərini dilə gətirərək ayrılmadıqlarını göstərib.

 

Qeyd edək ki, bu barədə “Kanal D”də yayımlanan “2-ci Səhifə” verilişində məlumat verilib. Bildirilib ki, D. Samyeli ayrılıqdan sonra C. Yılmazın evini də tərk edib.

 

Sizə maraqlı ola bilər