Çempionatı izləyən aktyor dünyasını dəyişdi

16:58

18 İyun

lady gaga

Misirli  aktyor Mahir Əssam Dünya Çempionatında oynayan Misir-Urqvay matçını izləyərkən dünyasını dəyişib.

Primetime.az  xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı aktyorun beyninə qan sızıb. Bundan əvvəl də beyin qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Matçı izləyən zaman yenidən beyin qanaxması keçirən Əssamın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mahir Əssam aktyorluq karyerasına 5 yaşında məşhur rejissor Yusif Şahinin filmlərində başlayıb.

Sizə maraqlı ola bilər