Çimərkən linzaları çıxarmadı, kor oldu – FOTOLAR

11:16

10 İyul

lady gaga

İngiltərədə kontakt linzalar gənc oğlanın sağ gözünü itirməyinə səbəb olub.

 

Primetime.az xarici mətbuata istinadən xəbər verir ki, Şrusberi şəhərində yaşayan Nik Xamfris gözündəki linzanı çıxarmadan duş qəbul edib. Müəyyən müddətdən sonra gözündə qızartıların meydana gəldiyini görən Nik həkimə müraciət edib. Onun sağ göz bəbəyində linza ilə suyun təması nəticəsində yaranan akantamyob keratit (Acanthamoeba) adlı xəstəlik aşkarlanıb. Bu infeksiya göz bəbəyinə linzaya su dəydikdən sonra yaranan yara vasitəsilə daxil olur.

 

N.Xamfris buna qarşı göz damcılarından istifadə etsə də, anidən görmə qabiliyyətindən məhrum olub. Məlumata görə, sağ gözü bir neçə dəfə əməliyyat olunan gəncə göz bəbəyi nəql olunacaq.

Sizə maraqlı ola bilər