Çin sənaye parkında partlayış. 19 ölü

9:36

13 İyul

lady gaga

Çinin Siçuan əyalətindəki sənaye parkında partlayış hadisəsi baş verib. Hadisə nəticəsində 19 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

Verilən məlumata görə, partlayış “Yibin Hengda Technology” tərəfindən idarə olunan kimyəvi zavodda meydana gəlib. Şirkət, qida və dərman istehsalı üçün kimyasal maddələr hazırlayır.

Partlayışın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər