Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır – FOTO

21:54

25 Aprel

lady gaga

Çin Ayın cənub qütbündə elmi-tədqiqat stansiyası inşa etməyi və təxminən 10 il sonra idarə olunan Ay missiyasını həyata keçirməyi planlaşdırır.

 

Primetime.az “ICTnews”a istinadən xəbər verir ki, Çin Dövlət Kosmik İdarəsinin rəhbəri Çjan Keszyan belə bəyanatla çıxış edib. İdarənin rəhbəri, həmçinin bildirib ki, Çinin “Çanye-5” zondu cari ilin sonunadək Ayın torpaq nümunələrini Yer kürəsinə gətirməlidir və bu nümunələr Mao Tszedunun vətəni olan Şaoşanda saxlanılacaq.

 

Bundan başqa o öz çıxışında qeyd edib ki, Çin 2020-ci ildə ilk Mars zondunu buraxacaq.

 

Xatırladaq ki, Çin 24 aprel 1970-ci il tarixində dünya kosmik dövlətlər klubuna qoşulub.

 

2016-cı ildən etibarən aprelin 24-ü Çində Kosmonavtika Günü kimi qeyd olunur.

 

Sizə maraqlı ola bilər