Çinarə Türkiyəni yenidən özünə heyran etdi – FOTOLAR – VİDEO

11:30

7 Dekabr

lady gaga

Sosial şəbəkədə ifaları ilə fenomenə çevirilən Çinarə Məlikzadə Türkiyədə yenidən hər kəsi heyran edib.

Gənc müğənni qonşu ölkədə üç konsert proqramı ilə çıxış edib. Çinarə İstanbulda iki, Ankarada isə bir məkanda səhnəyə çıxaraq pərəstişkarlarını sevindirib.

O, təxminən 3 saat canlı ifa ilə izləyicilər feyziyyab edib. İfaçı repertuarına Azərbaycan və Türkiyənin məşhur bəstəkarlarının əsərlərini daxil edib. Bu məqamda qeyd edək ki, Məlikzadə sözügedən konsertlərdən böyük məbləğdə qonorar əldə edib.

Xatırladaq ki, Çinarə bir müddət əvvəl Türkiyədə böyük bir layihəyə imza atıb. Belə ki, sənətçi sözləri Rəşad Əmirov, musiqisi Ramal İsrafilova məxsus “Vurulmuşam” mahnısını türkiyəli müğənni Mustafa Ceceli ilə duet oxuyub. Həmin ifa Cecelinin “Simsiyah” albomunda yer alıb.

Sizə maraqlı ola bilər