Çinarə: “Mən o tərbiyənin sahibi deyiləm ki….”-AÇIQLAMA

10:40

11 İyul

lady gaga

“Baş verən qalmaqaldan xəbərim yox idi. Bir dəfə müsahibə verdim, onda da aləm dəydi bir-birinə”.

Bu sözləri müğənni Çinarə Məlikzadə Primetime.az-a açıqlamasında deyib.  O müğənni Nadir Qafarzadə ilə arasında yaranmış qalmaqala aydınlıq gətirib:

“Nadir müəllim pis mənada deməyib. Onunla eyni verilişdə olmuşuq. Mən onlara getmişəm, duet oxumuşuq. İnsanlar gərək fikirləşsin ki, əgər onunla yola getmiriksə niyə duet oxumuşuq? Həmin kadrları səhv montaj ediblər. İfa etdiyim bəstə yeni mahnımdır. Özü də mənə zəng edib sözlərini pis mənada demədiyini bildirdi. Mən də həmin mahnını ona ünvanlamadığımı bildirdim. Mən o tərbiyənin sahibi deyiləm axı kiməsə “gəbər ” deyim”.

Sərvər MEHTİYEV

Sizə maraqlı ola bilər