“Kurtlar Vadisi”nin aktyoru cinayətkar çıxdı – FOTOLAR

15:28

10 Yanvar

lady gaga

Türkiyənin Diyarbakır Polis Mərkəzi ötən həftə ölkədən kənarda yaşayan vətəndaşların hesablarındakı vəsaiti saxta sənədlərlə öz hesablarına köçürən şəxslərə qarşı dələduzluq cinayəti ilə əməliyyat təşkil edib.

 

Primetime.az xəbər verir ki, əməliyyat zamanı saxlanılan şəxslər arasında Türkiyənin məşhur serialı “Kurtlar Vadisi”ndə rol alan aktyorun da olduğu bildirilib. Belə ki, İstanbul, İzmir və Qaziantepdə edilən basqınlar nəticəsində 12 nəfər saxlanılıb. Məhkəməyə çıxarılan şübhəlilərin 9-u isə həbs olunub.

 

Həbs edilənlərdən qruplaşmanın başçısı olduğu iddia edilən Hüseyn K.-nın aktyor olduğu ortaya çıxıb. Belə ki, sözügedən şəxs izlənmə rekordları qıran “Kurtlar Vadisi” serialında həkim rolunu ifa edib.

 

Bundan başqa, verilən məlumata görə, Hüseyn K. 2014-cü ildə sahib olduğu şirkətin müflis olduğunu səbəb gətirərək təxmini 20 milyon Türk Lirəsi ilə qaçıb.

 

Sizə maraqlı ola bilər