“Qalib olacağam” – Çingizdən “Eurovision”da səslərin yenidən hesablanmasına REAKSİYA

21:18

23 May

lady gaga

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl İsrailin Təl-Əviv şəhərində baş tutan “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsinin nəticələrini yenidən hesablanıb.

 

Primetime.az xəbər verir ki, təmsilçimiz Çingiz Mustafayev də bununla bağlı fikirlərini açıqlayıb:

 

“Avropa yayım birliyi “Eurovision” musiqi yarışmasının nəticələrini dəyişdi. Çünki Belarus münsif səslərində səhvlər baş verib. Mənim nəticəm 7-ci pillədən 8-ci pilləyə gerilədi. Mən ümid edirəm ki, qalib olacağam (gülüş işarəsi qoyub – red.). Növbəti həftənin qərarını gözləyirəm. Bu qərar haqqında fikirləriniz nədir?”

 

Qeyd edək ki, yarışmanın rəsmi saytından yayılan məlumatda bildirilib ki, buna səbəb finalda xalların paylanması zamanı səhvə yol verilməsidir. Yarışmanın qalibi olduğu kimi qalsa da, yeni nəticələrə əsasən bəzi ölkələrin yerləşməsində dəyişiklik olub. Azərbaycan siyahıda 1 pillə geriləyərək 8-ci yerdə qərarlaşıb. Buna baxmayaraq, müsabiqənin ilk 4 yerində hər hansı dəyişiklik baş verməyib.

 

Sizə maraqlı ola bilər