Çinlilərdən daha bir heyrətamiz yenilik: bu dəfə süni Ay yaradırlar

23:46

18 Oktyabr

lady gaga

Bir çox sahədə yeniliklərə imza atan Çin bu dəfə daha bir qeydi-adi layihə ilə hamını heyrətləndirib.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, Asiya nəhəngi bu dəfə süni Ay yaradır.

 

Bildirilir ki, sözügedən ölkənin Sıçuan əyalətində hazırlanan süni Ayın 2020-ci ildə tamamlanaraq 2022-ci ildə kosmosa göndərilməsi planlaşdırılır. Onun kosmosa çıxarıldıqdan sonra günəş işığını əks etdirərək gecə vaxtı yerdə 6 min 400 kvadrat kilometr ərazini işıqlandırması gözlənilir. Çinin bu laihə sayəsində elektrik enerjisinə milyonlarla dollar qənaət edəcəyi planlaşdırılır.

Sizə maraqlı ola bilər