Dəfn olunmadan öncə geyindirilib, oyun masasına otuzduruldu – FOTOLAR

12:03

12 İyul

lady gaga

ABŞ-da qəribə dəfn mərasimi təşkil olunub. Nyu Orleans bölgəsində soyğun əsnasında öldürülən Renard adlı gəncin bu həftə dəfn mərasimi həyata keçirilib.

Lakin anası tərəfindən “ev uşağı” olaraq təsvir edilən 18 yaşlı gəncin cansız bədəni dəfn olunmadan öncə bir neçə gün boyunca sərgilənib.

Belə ki, gənc ən sevdiyi oyunu oynayırmış kimi bir pozada otuzdurularaq sərgilənib. Üstündə sevdiyi geyimləri olan Renardın əlində oyun pultu olub.

Deyilənə görə, dəfn mərasimlərini təşkil edən şirkət ölən adamın son etdiyi fəaliyyəti canlandırır.

 

 

 

 

Sizə maraqlı ola bilər