DƏHŞƏT! 11 aylıq oğlunu çaya atan şəxs bara gedib içki içdi – FOTOLAR

13:49

12 Sentyabr

lady gaga

İngiltərədə dəhşətli cinayət hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, 22 yaşlı Zek Bennet-Eko adlı şəxs 11 aylıq oğlunu çaya atıb. Qorxunc hadisə Mançester şəhərində yaşanıb. Belə ki, sözügedən şəxs ötən gün övladının anası ilə mübahisə etdikdən sonra oğlu ilə evdən çıxıb. Daha sonra onu çaya atıb və yaxınlıqda yerləşən bir bara gedərək içki içib.

 

Uşağı görənlər dərhal polisə məlumat verib. Xəstəxanaya çatdırılan körpə bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Barda olan şahidlərdən biri bara polislərin gələrək bir uşağın çayda boğulduğunu dediyini, lakin Bennet-Ekonun heç nə olmamış kimi onları izlədiyini bildirib.

 

Baş verənlərlə bağlı “Facebook”da paylaşım edən ana isə “Mən bu gün övladımı itirdim. Oğlumu çox istəyirdim və onun üçün hər şey etdim. Təcili tibbi yardıma çatana qədər uşağımın öldüyünü belə bilmirdim. Onunla orada saatlarla oturdum və sonra ayrıldım. Övladım, dünyam üçün yas saxlamağıma icazə verin. Bəli sağam, amma kaş ölərdim deyirəm” – deyə qeyd edib.

 

Zek Bennet-Eko isə cinayətdə ittiham olunaraq saxlanılıb.

Sizə maraqlı ola bilər