Dəhşətli cinayət: 130 kiloqram çəkili qadın sevgilisinin üstünə oturaraq onu öldürdü – FOTO

21:47

5 Dekabr

lady gaga

Amerika Birləşmiş Ştatlarında (ABŞ) dəhşətli hadisə yaşanıb.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, 130 kiloqram ağırlığında olan qadın mübahisə etdiyi sevgilisinin üstünə oturaraq onu öldürüb.

 

Bildirilir ki, Vindi Tomas adlı 44 yaşlı xanım sevgilisi Kino Batlerlə mübahisə edərək onu bıçaqla yaralayıb. Əsəblərinə hakim ola bilməyən V. Tomas əvvəlcə masanın ayağını qopararaq onu döyüb, sonra da üzərinə oturaraq nəfəs almasına mane olub. Xanımın ağırlığına dözməyən 54 kiloqram çəkili K. Batler nəfəs ala bilməyib və ölüb.

 

Cinayəti törətdikdən sonra polisə gedərək təslim olan qadını 40 ilədək həbs cəzası gösləyir.

 

Sizə maraqlı ola bilər