Da Vinçinin rekord qiymətinə satılan tablosu Abu Dabidə

14:10

7 Dekabr

lady gaga

Leonardo Da Vinçi 450 milyon dollarlıq rekord qiymətə satılan “Salvator Mundi” adlı İsa tablosunun Abu Dabidə açılan Luvr muzeyinə getdiyi bildirilib.

Hadisə ötən ay səudiyyəli bir şahzadənin tablonu almasından sonra baş verib.

Muzey ötən gün twitter hesabından ingilis, fransız və ərəbcə “Da Vinci Salvator Mundi, #louvreabudhabiyə gəlir” yazıb. Atılan tweetdə 500 illik əsərin rəsmi göstərilib.

Qeyd edək ki, Fransadan əlavə Luvr adını daşıyan ilk muzey olan Luvr Abu Dabi “Ərəb dünyasındakı ilk universal muzey” kimi səciyyələndirilir və neft zəngini BƏƏ-nin qlobal ambisiyalarının nümayəndəsi kimi görünür.

Sizə maraqlı ola bilər