Daha bir azərbaycanlı müğənni İbrahim Tatlısesi ağlatdı

19:48

16 Aprel

lady gaga

Bu gün Türkiyədə yaşayan müğənni Günel Zeynalova ilə onun həmkarı və qardaşı Tunar Rəhmanoğlu Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

 

Günel qardaşının “İlk məhəbbət” mahnısı ilə bağlı maraqlı açıqlama verib. Xanım ifaçı bildirib ki, bu mahnını Türkiyəli məşhur müğənni İbrahim Tatlıses eşidəndə göz yaşlarını saxlaya bilməyib:

 

“İbrahim bəyə dinlətdik, başladı ağlamağa. Bilmirəm, hansı məhəbbəti yadına düşdü. Amma çox kövrəldi”.

 

Qeyd edək ki, Azərbaycanlı müğənni Zenfira İbrahimova Türkiyədə İbrahim Tatlıseslə görüşüb və “Sana gelen bana gelsin” mahnısını oxuyub. Mahnıdan təsirlənən İ.Tatlıses ağlayıb.

 

Sizə maraqlı ola bilər