Daha bir məşhur müğənni boşandı

17:11

8 Noyabr

lady gaga

Türkiyənin məşhur müğənnilərindən olan Hakan Peker boşanıb.

 

Primetime.az xəbər verir ki, o, 2012-ci ildə ailə həyatı qurduğu Arzu Öztoprak ilə iki həftə əvvəl səssiz-səmirsiz yollarını ayırıb. Belə ki, cütlük 22 oktyabr tarixində boşanıb. Hakan boşanma xəbərini mesajla açıqlayıb. Bir maqazin verilişində çıxış edən müğənni “13 illik bərabərlik, 6 illik evlilik başa çatdı. 22 oktyabr tarixində Silivridə boşandıq” deyib.

Məlumat üçün bildirək ki, uzun müddət nişanlı qalan Hakan və Arzu 2012-ci ilin 10 iyun tarixində ailə həyatı qurub. Arzu bir müddət Hakanın meneceri kimi də işləyib.

Sizə maraqlı ola bilər