Daha bir qatar qəzası: 50 ölü

17:12

12 Sentyabr

lady gaga

Konqo Demokratik Respublikasının cənub şərqində yerləşən Tanqanika gölü yaxınlığında qatar qəzası baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə İnsan İşləri naziri Stiv Mbikayi sosial media hesabında məlumat verib. Məlumatda gecə 03:00 radələrində baş verən qəza nəticəsində 50 nəfərin dünyasını dəyişdiyi və çox sayda insanın yaralandığı qeyd edilib.

 

Son aylarda ard-arda qəzalar meydana gələn ölkədə relslərin və qatarların köhnə olduğu bildirilib.

Sizə maraqlı ola bilər