Daha bir şəhər üçüncü cinsə icazə verdi

9:58

11 Oktyabr

lady gaga

Nyu-York meri Bill de Blazio doğum haqqında şəhadətnamədə üçüncü cinsin göstərilməsinə icazə verən sərəncam imzalayıb. 

 

Primetime.az xəbər verir ki, bununla da Nyu-York şəhəri ABŞ-da Kaliforniya, Oreqon, Vaşinqton və Nyu-Cersidən sonra anoloji addım atan beşinci yer olub. Qeyd edilib ki, transseksuallar uzun müddət bu düzəlişin qəbul olunmasına çalışıb.

 

Verilən məlumata görə, özünü kişi və ya qadın kimi apara bilməyən şəxslər məktubla müraciət edərək, doğum haqqında şəhadətnaməsində dəyişiklik edə bilər. Bunun üçün tibbi arayışa ehtiyac yoxdur.

Sizə maraqlı ola bilər