Daha bir toy karvanını avtoşouya çevirdilər – Onları hansı cəzalar gözləyir? – VİDEO

21:54

16 Aprel

lady gaga

Daha bir toy karvanında qaydalar kobud şəkildə pozulub.

 

Bu görüntülər dünən günorta saatlarında Bərdədə çəkilib. Rayonun Kətəlparaq kəndi ərazisindən rayon mirkizı istiqamətinə gedən toy karvanındakı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozublar.

 

Kortejdə olan sürücülərin əksəriyyəti əks istiqamətə çıxıb və qarşıdan gələn avtomobillərin yolunu bağlayıb. Bununla da onlar digər avtomobillərin yoldan kənara çıxmasına da səbəb olublar.

 

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burada sürücülər bir yox, bir neçə inzibati xəta törədiblər. Onlar bu hərəkətləri ilə təkcə öz həyatları üçün yox, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıblar.

 

Ekspert vurğulayıb ki, toy kortejində avtomobil sürmək sürücülərə əlavə səlahiyyətlər vermir. Ona görə də, sürücülər bu məsuliyyəti dərk etməli, özlərinin və digərlərinin həyatını təhlükəyə atmamalıdırlar.

 

Bu sürücülər pozduqları qayda pozuntusuna görə 4 bal və 100 manat məbləğində cərimə olunmalıdırlar.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər