“Damla Azərbaycanın Ebru Gündeşi olacaq” – Dj Roshka ilə – MÜSAHİBƏ

17:00

9 Mart

lady gaga

PrimeTime.Az saytının bu dəfəki qonağı Dj Roshkadır.

Əslində Azərbaycanda DJ sənəti ilə məşğul olanlar çoxdur. Lakin sözügedən sənətdən söhbət açılanda ağıla iki nəfərin adı gəlir. Daha dəqiq desəm DJ Çina və müsahibimin…

Söhbəti rəqabət mövzusu ilə başladıq. Roshka yuxarıda qeyd etdiyimlə qismən razılaşdı.

 

  • Bəli, ancaq DJ deyəndə… Bizim sənətə yaxın olanlar bilir ki, DJ-lik və musiqi prodüseri olmaq ayrı-ayrı şeylərdir. Bu dəqiqə daş atırsan DJ-in ayağına dəyir. Yəni o qədər çoxdur. Demək olar ki, hər kəs bu işlə məşğuldur. Çünki bu sənətə asan qazanc kimi baxırlar. Musiqi prodüseri isə yaradıcı insandır. Mahnılar bəstələyir, aranjiman edir, hətta onlara sözlər də yazır. Bir sözlə müğənniyə dəstək olur.
  • Bəs sizə sadaladığınız iki peşədən hansı daha yaxındır?
  • Musiqi prodüseri sənət cəhətdən çox vacibdir. DJ-lik isə misal üçün, klubda çıxış edib mahnıları dəyişməkdən ibarətdir. Yəni bu performansları Çina daxil olmaqla bir çox həmkarlarım edir. Lakin hansısa DJ-in mahnısını deyə bilərsiniz? Bax, çətinlik çəkirsiniz. O zaman deməli həmin adamların ya mahnıları yoxdur, ya da var sadəcə olaraq onları düzgün PR etməyib.
  • Çox güman ki, tanıtım düzgün aparılmayıb…
  • Mən isə deyərdim ki, həmin DJ-lərin mahnıları yoxdur. Ən azından bu mövzuda mənimlə mübahisə edə bilməzsiniz. Çünki eşitməmisiniz. Mənim etdiyim işlər isə göz qabağındadır. Günay İbrahimlinin “O kimdir ki?”, Damlanın “Vur ürəyimdən”, İradə Mehrinin “Amma yenə də” həmçinin Ramil Nabranın bir çox mahnıları mənə aiddir. Deməyim odur ki, artıq sayılacaq qədər işim var. Hazırda klublarda yerli mahnı istəyəndə mənim bəstələrim səslənir.

  • Çina ilə münasibətiniz nə yerdədir? Soyuq müharibə hazırda da davam edirmi?
  • Çina ilə heç vaxt münasibətimiz olmayıb. Yəni heç bir məclisdə rastlaşmamışıq, bir masa ətrafında oturmamışıq və yoldaşlıq etməmişik. O adamla mənim heç bir prinsipim olmayıb. O, öz işində, mən də öz. Bilirəm ki, mənim gördüyüm iş daha peşəkarcasınadır. Özümə güvəndiyim üçün onunla mübarizə aparmaq artıq mənə lazım deyil. Ona cılız kimi baxıram. Görəcəkləri iş bu qədərdir. Baxın, kimsə bəlli bir pilləyə qədər gəlib çıxır və ordan yuxarı irəliləyə bilmir. Özünü yetəri qədər təsdiq edir, hamı onu tanıyır, amma partlayış edə bilmir. Deyərdim ki, Çina efirdə olanda heç bir DJ yox idi. Bunu açıq etiraf etmək lazımdır. Lakin bu onun hamıdan peşəkar olduğunu göstərmir. Məsələn, atam maşın sürəndə mən hələ anadan olmamışdım. Hazırda isə mən ondan da yaxşı sürürəm. Azərbaycandakı DJ-ləri xaricdə heç kim tanımır. Ona görə də təkcə ölkəmizlə kifayətlənmək düzgün deyil. Çalışaq bir-birimizi qırmayaq, dalaşmayaq.
  • Bayağı adlandırılan müğənnilərlə çalışırsınız?
  • Bilirsiniz nə qədər təkliflər gəlir? Hər təbəqədən olan müğənnilər işbirliyi qurmaq barədə müraciət edir. Sadəcə olaraq artıq özüm seçim edirəm. Hazırda elə bir yerdəyəm ki, məni seçməkləri lazım deyil. Müğənninin bayağı olub- olmamasının heç bir fərqi yoxdur. Bu gün çoxları Damlanı bəyənmir. Dinləyicilər ancaq birinci olanın ardınca qaçır. Hamının beynində bir fikir formalaşıb ki, Miri Yusif “planka”dır. Soruşsan ancaq mahnılarının adını bilirlər. İnsanlar eşitdikləri sözün və məsləhətin ardınca gedirlər. Düzdür, Miri Yusifi bəyənirəm. Yaxşı ifaçıdır və xarizması var. Amma bu, hər kəsin onun ardınca qaçması mənasına gəlmir. Ondan da istedadlı insanlar var. Damlanın çox gözəl və yadda qalan səsi var. Bizim millət baltalamağı xoşlayır. Vaxtı ikən Üzeyir Mehdizadəni də tənqid edirdilər. Bezəndən sonra isə yenilik axtarmağa başladılar və təriflər yağdırdılar. Damlanın da hazırda həmin dövrüdür. Sizi inandırım ki, 2 ildən sonra Damla Azərbaycanın Ebru Gündeşi olacaq. Əməkdar artist, sənətinə hörmət etdiyim Tünzalə xanım Ağayeva açıqlamasının birində Damlanı bayağı adlandırdı. Bu mənim çox xətrimə dəydi. Onun bu sözü deməyə haqqı çatmır.
  • Siz də şou-biznesin subay nümayəndələrindənsiniz. Ailə qurmaq haqda fikirləşirsiniz?
  • Şəxsi həyat məni boğaza yığıb. Səbəbi isə hər kəsin evlənməyimi istəməsidir. Namizəd olmadığı üçün də hələ ki, subay gəzirəm.
  • Amma çoxları eşitməsə də bir zamanlar adınız sevgi macəralarında hallanırdı…
  • (gülür-red) Kimlərlə hallanıb ki?

  • Hər iki xanımla da hazırda dostluq münasibətiniz var. Prodüser Təranə Səmədova və müğənni İradə Mehrini nəzərdə tuturam.
  • Hər iki xanım sizin də qeyd etdiyiniz kimi dostumdur. Təranə deyərdim ki, Azərbaycanda yeganə prodüserlərdəndir ki, nə isə əldə edə bilib, kimisə yetişdirib, tanıdıb. Sadəcə hazırda bir az tənbəllik edir. Onun çox gözəl ürəyi var. Sevgiyə gəldikdə isə biz onunla sadəcə doğma olmuşuq. İradə ilə adımın çəkilməsi qəribə gəldi. Çünki belə bir şey heç vaxt olmayıb. Bir müddət aramız soyumuşdu. O, öz səhvini başa düşdü, mən də ürəyiyumşaqlıq etdim. Beləliklə barışdıq. Onunla heç vaxt sevgili olmamışıq.

Teymur Məmmədov

Foto: Nurlan Gülməmmədov

Sizə maraqlı ola bilər

MAXIMUM

MAXIMUM

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (RMRİ) sədri, müfti Ravil Qaynutdinin 60 illik yubileyinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, QMİ sədri müfti Ravil Qaynutdini 60 illik yubileyi və yenidən Rusiya müsəlmanlarının müftisi, RMRİ-nin sədri seçilməsi münasibəti ilə təbrik edib. Qeyd edək ki, bu gün Moskvanın “Sülh” prospektində yerləşən Cümə Məscidində Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib. 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMRİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi də qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib. Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib. Xatırladaq ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

23:40

23 Sentyabr

İdman

İdman

Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar

23:20

23 Sentyabr

DÜNYA

DÜNYA

Vladimir Putin Ermənistana səfər edəcək

22:59

23 Sentyabr

DÜNYA

DÜNYA

Suriyalı bir qrup şəxs Ukrayna voleybol komandasının formasını geyinib sərhəddi keçməyə çalışdılar

22:39

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov: “Ermənistanın bəyanatları beynəlxalq hüququn pozulması yolunu davam etdirdiyini sübut edir”

22:15

23 Sentyabr

Sosial

Sosial

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

21:59

23 Sentyabr

Sosial

Sosial

Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

21:44

23 Sentyabr

MAXIMUM

MAXIMUM

“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub

21:24

23 Sentyabr

MƏDƏNİYYƏT

MƏDƏNİYYƏT

Azərbaycanlı rejissor: “Döyüş” filmini Bakıda nümayiş etdirmək mənim üçün böyük şərəfdir”

21:04

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Misirin Xarici İşlər naziri Azərbaycana səfər edəcək

20:51

23 Sentyabr