Damla bu dəfə onunla duet oxuyacaq: yeni mahnı gəlir

21:18

17 May

lady gaga

Bu gün müğənni Orxan Babazadə Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinə qonaq olub.

 

İfaçı yaxın günlərdə yeni mahnı təqdim edəcəyini deyib. O bildirib ki, yeni bəstəni Damla ilə duet şəklində oxuyacaq: “İnşallah yeni bir duet olacaq. Mahnını da ilk dəfə sənin verilişində oxuyacağıq. Damla ilə oxuyacağıq. Tamam başqa bir janırda olacaq”.

 

Zaur gülərək ondan “Atan ona neçə kisə sement verdi ki, duet baş tutdu?” deyə soruşub. İfaçı da bu duetin baş tutmasında biznesmen atasının rol oynamadığını, Damla ilə yaxın əlaqələrinin olduğunu vurğulayıb: “Yox, yox… Elə şey yoxdur. İstəyirsən, bu dəqiqə zəng et, soruş. Bizim dostluğumuz var. Yeni bir mahnı olacaq. Ritmik bir mahnıdır. Mahnını Damlanın bir çox mahnılarının müəllifi olan bəstəkar Elçin yazacaq”.

 

Sizə maraqlı ola bilər