Damlanın Bakı konsetindən FOTOLAR

14:33

11 İyul

lady gaga

Ötən gün müğənni Damlanın Yaşıl Teatrda konserti baş tutub.  

Primetime.az xəbər verir ki, ifaçı konsert öncəsi media nümayəndələrin sualını cavablandırıb. Həyəcanlı olduğunu bildirən Damla əlacı olsa uşaq kimi ağlayacağını da dilə gətirib.

İfaçının imici üzərində stilist Anar Ağakişiyev işləyib. O səhnəyə iki, bir-birindən fərqli obrazlarda çıxıb.

Damla konsertini  “Xəncər” mahnısı ilə start verib. Müğənni öz mahnıları ilə yanaşı həmkarlarının ən çox sevilən mahnılarına müraciət edib.

Belə ki, əməkdar artist Xumar Qədimovanın “Yalan deyil”, əməkdar artist Almaz Ələsgərlinin “Yazığım gəlir sənə”, müğənni İradə İbrahimovanın “Yaşananlar”,  xalq artisti Aygün Kazımovanın isə “Yar yar”mahnılarını da ifa edib.

Sərvər MEHTİYEV

FOTO: Kərim ABBASOV

Sizə maraqlı ola bilər