Daşkəsəndə iki avtomobil toqquşdu, xəsarət alanlar var

13:22

14 Yanvar

Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

 

lady gaga

“VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb.

 

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur.

 

Hər iki yaralının vəziyyəti normaldır. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.

 

Hazırda ərazidə DYP əməkdaşları tərəfindən qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.

 

\\Report

Sizə maraqlı ola bilər