“Deyir ki, mənim dodaqlarım anadan gəlmədir, silikon yoxdur” – Xatun

10:25

12 İyul

lady gaga

“Bu fotonu gördüm, biri yadıma düşdü. Ona müğənnimi, rəqqasəmi, düşükmü, ev yıxanmı deyim! Çıxıb efirdə utanmaz-utanmaz danışır, ağıl verir, akademiklik edir”.

Primetime.az xəbər verir ki, bu sözləri Xatun Əliyeva sosial şəbəkədə yazıb. O paylaşdığı son fotosu ilə üstüörtülü olsa da küsülü olduğu şou əhlinə söz göndərib:

“Deyir ki, mənim dodaqlarım anadan gəlmədir, silikon yoxdur.Son xəbərdarlığımı edirəm. Sən bir də ora-burda məndən danışsan, şərlər atsan, müğənnilərə yalan sözlər desən, onlarla aramı vursan səni rüsvay edəcəm. İki dəfə yaxınlarına xəbərdarlığımı etmişəm, bu da üçüncü olsun. Get yalan, bədbaxt həyatını yaşa! Məndən əl çək. Bütün bu sözləri ünvanlıd deyirəm”.

Xatırladaq ki, bir müddət əvvəl vaxtı ilə yaxın dost  olan Fatimə ilə Xatun, indilər də qatı düşmənə çevriliblər. Buna səbəb isə Xatunun xına evi açaraq Fatiməyə rəqib olmasından sonra başlayıb. 

Sizə maraqlı ola bilər