Dilarə Kazımova: “Dodaqlarımı qırmızı pomada ilə vurğulamayanda elə bilirəm ki…”-FOTOLAR

13:50

14 Sentyabr

lady gaga

“Qırmızı rəngi sevirəm. Bu rəngin xüsusilə qara və ağla vəhdəti ideal alınır. Bilirəm ki, qırmızı mənə yaraşır, üstəlik, qadını daha cəlbedici göstərməyə qadirdir”.

 

Bu sözləri müğənni Dilarə Kazımova Primetime.az-a açıqlamasında deyib. İfaçı gözəllik sirlərindən də bəhs edib:

“Çantamda həmişə qırmızı pomada olur. Dodaqlarımı qırmızı pomada ilə vurğulamayanda elə bilirəm ki, üzümdə makiyaj yoxdur. Tez-tez suallar verirlər ki, niyə burnumu əməliyyat etdirmirəm. Səbəbi odur ki, insanlar məni görəndə tanıya bilsin, başqalarına bənzəmək istəmirəm. Burnumu kəsdirsəm, gərək dodaqlarımı da böyüdüm. Onda zalda oturanlar arasından məni seçə bilməyəcəksiniz. Əməliyyat etdirən xanımların çoxu inanılmaz dərəcədə bir-birinə bənzəyir. Bu zaman spesifik gözəllik itir. Tədbirlərin birində 3 xanım yan-yana oturmuşdu, onları bir-birindən seçə bilmədik. İnsan fərqlənməlidir”.

Müğənni “Şəxsi həyatınızda hansı yeniliklər var?”sualına belə cavab verib:

“Həyatında sevgi olsa da, olmasa da, qadının gözləri hər zaman brilliant kimi parıldamalıdır. Həyatımda heç kim yoxdur. Qəlbim yaradıcılıq və yaratmaq eşqi ilə aşıb-daşır. Əlbəttə ki, sevgi elan edənlər var, lakin hazırda sevgi haqqında düşünmürəm. Özümü bütünlüklə karyerama həsr etmişəm. Evlilikdən qorxmuram. Qarşına aşiq ola biləcəyin insan çıxanda, sevəndə bütün qorxular yox olur, əksinə özünü daha da güclü hiss edirsən. Əgər belə bir adamla rastlaşsam, o zaman evlilik haqqında düşünərəm. Hazırda isə bu barədə danışmaq tezdir”.

 

Sizə maraqlı ola bilər