DİN, DTX və DSX birgə əməliyyat keçirdi

10:44

16 Mart

lady gaga

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primetime.az-a bildirilib ki, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.

 

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq heroin aşkarlanıb.

 

Onun yaşadığı mənzildən isə 7.375 kq heroin, 5.135 kq tiryək, 815 qr metanfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq, götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Sizə maraqlı ola bilər