DJ Çinanın qəzası mərkəzi küçələri “işıq”sız qoydu – VİDEO/FOTO

22:23

7 Noyabr

lady gaga

Paytaxtın Bülbül və Ü. Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, qəza nəticəsində işıqfor (svetofor) dirəyi və idarəetmə qutusu zədələnib:

 

“Bu səbəbdən də hazırda Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Səid Rüstəm və Ziya Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür”.

 

BNA rəsmisi sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

 

Xatırladaq ki, qəza törədən maşın dicey Çingiz Mustafayevə (Dj Çina) məxsus “Ford Mustang” markalı avtomobilidir və sükan arxasında da o özü olub.

 

Sizə maraqlı ola bilər