Donald Tramp Avropa ölkələrini tənqid etdi

14:00

11 İyul

lady gaga

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini tənqid edib. Belə ki, o, Belçikanın paytaxtı Brüsseldə qatılacağı NATO zirvəsindən öncə Avropa İttifaqının ticarət mövzusunda Avropadakı NATO ölkələrini müdafiə xərclərinin az olması barəsində tənqid edib.

O, “NATO ölkələri ötən il müdafiə xərclərini 40 milyard dollar artırıb, amma bu bəs etmir. ABŞ daha çox xərcləyir, digər ölkələr isə az. On illərdir davam edən bu hal heç ədalətli deyil. Bunu ədalətli hala gtirəcəyik. Almaniya kimi bəzi ölkələr bunu 2030-cu ilə qədər artıracaqlarına söz verib. Elə olmaz, dərhal artırmaq lazımdır. Almaniya zəngin ölkədir” deyib.

Bundan əlavə Tramp ABŞ-ın Avropanın müdafiəsinə kömək etdiyi halda Almaniyanın Rusiya ilə qaz sazişi bağlanmasını “uyğunsuz” deyərək şərh edib.

 

 

Sizə maraqlı ola bilər