Donald Tramp Con Boltonu vəzifədən azad etdi

9:44

11 Sentyabr

lady gaga

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu vəzifəsindən azad edib. 

 

Primetime.az xəbər verir ki, bu barədə Tramp şəxsi “Twitter” hesabında məlumat verib. O, açıqlamasında “Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını dedim. Digərləri kimi etdiyi təkliflərin bir çoxu ilə razılaşmırdım və bu səbəblə də ondan istefa etməsini istədim. O da bu səhər təqdim etdi” – deyə qeyd edib. Tramp yeni milli təhlükəsizlik məsələləri üzrə köməkçisini gələn həftə açıqlayacağını bildirib.

 

Qeyd edək ki, C. Bolton vəzifəyə gəldiyi gündən etibarən Venesuela və İran mövzularında hərbi müdaxiləni önə çıxarması səbəbi ilə Trampla problem yaşayıb.

 

Sizə maraqlı ola bilər