“Dorian” qasırğasında ölənlərin sayı 50-ni keçdi

10:48

11 Sentyabr

lady gaga

Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı 50-ni keçib. 

 

Primetime.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Duane Sands məlumat verib. Hələ də yüzlərlə insanın itkin düşdüyünü qeyd edən Sands ölü sayını artacağını istisna etmir.

 

Qeyd edilib ki, qasırğadan sonra Baham adalarında təxminən 70 min insanın qida və sığınacağa ehtiyacı var. Pan Amerika Sağlamlıq Təşkilatı, ölkədə içməli suyun çirklənə biləcəyi üçün sudan yoluxucu xəstəliklərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

 

Sizə maraqlı ola bilər