Döyüşlərdə 8 türk hərbçi həlak oldu

11:25

14 Mart

lady gaga

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı  “Zeytun budağı” əməliyyatı zamanı  8  türk hərbçisi həlak olub.

Bu barədə Türkiyə  KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, terrorçularla gedən döyüşlərdə  “Azad Suriya Ordusu”nun  2 hərbçisi isə yaralanıb.

Məlumat üçün bildirək ki, Türkiyə Silahlı Qüvvələri  yanvarın 20-dən etibarən  Suriyanın Afrin bölgəsində terrorçulara qarşı əməliyyata başlayıb. “Zeytun budağı”  adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələri dəstək verir.

Sizə maraqlı ola bilər