Dubaya aparılan karateçilərimizin adları açıqlandı

23:04

14 Fevral

Milli komandamızın əsas və əvəzedici heyəti fevralın 16-18-də Dubayda mötəbər “Karate-1 Premyer Liqa” turnirində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

 

lady gaga

Azərbaycan Milli Karate Federasiyasından bildirilib ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, baş məşqçi Şahin Xudaverdiyev (kumite), baş məşqçi Vahid Ayvazov (kata), böyük məşqçi Qurban Tağıyev, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, o cümlədən 20 idmançı var.

 

Milli komandanın əsas və əvəzedici üzvlərindən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə, Rafiz Həsənov (hər üçü 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (67 kq-dan yuxarı) mübarizə aparacaqlar.

 

Roman Heydərov fərdi kata, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev isə ilk dəfə olaraq turnirin komanda kata yarışında çıxış edəcəklər.

 

Qeyd edək ki, 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılacaq.

 

Xəbər verdiyimiz kimi, İspaniyanın Qvadalaxara şəhərində 82 ölkədən 1354 idmançının mübarizə apardığı nüfuzlu A seriyası turnirinə qatılan idmançılarımız yarışı mükafatsız başa vurublar.

 

Karateçilərdən yalnız Rafiz Həsənov (67 kq) və Pənah Abdullayev (84 kq) bürünc medal qazanmaq imkanı əldə etsələr də, təsəlliverici görüşlər uğursuz nəticələnib. Buna baxmayaraq mərhələ keçən karateçilərimiz dünya reytinq cədvəlində xallarını artırmağa nail olublar.

 

Sizə maraqlı ola bilər