Dünyada bir ilk. İntihar qurğusu icad edildi

11:12

17 Aprel

lady gaga

Hollandiya ölkəsi ”intihar köşkü” adlanan yeni qurğu ilə dünyada bir ilkə imza atıb.  “Sarco” adlanan bu yeni qurğu Amsterdamda təşkil olunan dəfn sənayesi sərgisində nümayiş etdirilib.

Onun yaradıcıları hollandiyalı dizayner Alesksandr Bannink və avstraliyalı fəal Filip Niçkedir. İstehsalçılar bildiriblər ki, bu köşk  ölmək istəyənlərə agrısız və əziyyətsiz şəkildə dünyadan köşməyə kömək edəcək. Bunun üçün sadəcə VR-eynəklərini taxıb onun içinə daxil olmaq lazım olacaq.

Qeyd edək ki, sərgidə “Sarco”nun maket versiyası sınaqdan keçirilib. Onun yeni variantının ilin axırına hazır olacağı deyilib.

Sizə maraqlı ola bilər