Dünyanın ən varlı insanlarının adı açıqlanıb – FOTOLAR

20:49

11 Sentyabr

lady gaga

Blumberq milyarderlər indeksi dünyanın ən varlı insanlarının adlarını açıqlayıb. 

 

Primetime.az xəbər verir ki, siyahıda amerikalı investor, Amazon.com saytının təsisçisi və CEO-su Ceff Bezos liderdir. Onun illik gəliri 113 milyard dollar təşkil edir. Bundan öncəki siyahıya da liderlik edən Ceff illik gəlirinin azalmasına rəğmən, bu il də zirvəyə adını yazmağı bacarıb.

 

Qeyd edək ki, Ceff Bezosdan sonra Bill Qeyts, Bernard Arnolt, Vorren Buffet siyahını davam etdirir. Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq isə 5-ci sırada qərarlaşıb.

Ceff Bezos – 113 milyard dollar

 

Bill Qeyts – 107 milyard dollar 

 

Bernard Arnolt – 98.2 milyard dollar 

 

Vorren Buffet – 82 milyard dollar 

 

Mark Zukerberq – 72.3 milyard dollar 

 

Sizə maraqlı ola bilər