Efirdə Namiq Qaraçuxurluya şok sürpriz: hədiyyənin içindən Aygün Kazımova çıxdı – VİDEO

20:25

7 Noyabr

lady gaga

Bu gün müğənni-meyxanaçı Namiq Qaraçuxurlu Zaur Kamalın aparıcısı olduğu “5/5” proqramında qonaq olub.

 

Primetime.az xəbər verir ki, veriliş zamanı doğum günü qeyd olunan ifaçıya maraqlı sürpriz edilib.

 

Belə ki, Namiq üçün studiyaya böyük hədiyyə paketi gəlib. İfaçı qutunun içindən nə çıxacağını gözləyərkən studiyaya musiqi sədaları altında müğənni Rəhim Rəhimli gəlib. O, mahnı oxuyarkən isə daha böyük sürprüz olub və meyxanaçının bir vaxtlar sevgili olduğu xalq artisti Aygün Kazımova mahnı hədiyyə qutusundan  çıxıb.

 

Musiqi bitdikdən sonra Zaur bildirib ki, bu iki ifaçı Rəhimlə Aygün deyil, onların obrazına girən aktyor və aktrisadır.

 

Sizə həmin görüntüləri təqdim edirik:

Sizə maraqlı ola bilər