Əkizlər bu dəfə Röyanı təkrarladı – FOTOLAR

16:55

14 Fevral

lady gaga

Xəbər verdiyimiz kimi, bu gün Sevil-Sevinc Səfərovalar “Nədir dərdin” mahnısına çəkdirdikləri klipə təqdimat mərasimi keçiriblər.

İfaçıların tədbirə geyindikləri libas əməkdar artist Röya Ayxanın ötən ilin iyun ayında Port Baku AVM-də “First Fashion Lab”ın sərgisinə geyindiyi paltarın eynisi olub. Elə geyimin də müəllifi bir zamanlar həmin moda evinin kreativ direktoru Səbinə Hüseyndir.

Qeyd edək ki, ifaçılar bir müddət öncə də eyni mövzu ilə gündəmə gəlmişdi. Belə ki, Moskvada konsert verən əkizlərin səhnə geyimi dünya ulduzu Cenifer Lopezin paltarının oxşarı olmuşdu.


Sizə maraqlı ola bilər