Elçin Cəfərovdan yay ab-havalı KLİP

14:39

6 Avqust

lady gaga

Xəbər verdiyimiz kimi, müğənni Elçin Cəfərov yeni klipi üçün kamera qarşısına keçib.

Primetime.az xəbər verir ki, ekran işi artıq hazırdır və sənətçinin rəsmi “You Tube” səhifəsində yerləşdirilib.

“Sevgili yarım” adlı mahnının sözləri Azər Şirinə, musiqisi isə özünə məxsusdur.  Müğənni Natavan Həbibi isə bek-vokallıq edib. Bakının yerli məkanlarında çəkilən ekran işində sənətçi tərzində fərqlilik edib.

Ekran işinin rejissoru Fuad İsmayılovdur.

Sizə maraqlı ola bilər