“Qucaqlayıb öpmək istəyirsən” – Eldar Qasımov SEVGİLİSİNDƏN danışdı – VİDEO

20:26

12 Aprel

lady gaga

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov olub.

 

Primetime.az xəbər verir ki, müğənni “Məsafələr” adlı mahnısa çəkdiyi yeni klipinin təqdim edib. Eldar daha sonra yeni klipindən və mahnıdan danışıb:

 

“Məsafələr mövzusu mənə çox toxunur. Düşünmürəm ki, insanların çoxu məsafəli sevgi yaşayır,amma bəziləri var. Mən onlara səslənmək istəyirəm ki, tək deyillər. Çox çətindir, hərdən qucaqlamaq, öpmək istəyirsən. Amma “whatsapp”, “skype” kamerası vasitəsilə danışmaq insanı qıcıqlandırır. Hərdən mən elə düşünürəm ki, elə məsafələr yaxşıdır. Çünki sən darıxa bilərsən və darıxdığın insan da sənin üçün darıxa bilər”.

 

Qeyd edək ki, müğənni homoseksuallara dəstək çıxaraq, onlara pis baxmadığını bildirmişdi.

Sizə maraqlı ola bilər