Elektrik enerjisinin kəsilməsi ilə bağlı “Azərişıq”dan AÇIQLAMA

17:33

12 İyul

lady gaga

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, “Azərişiq” öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı metrosu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunur.

Yaranmış narahatlığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir.

Sizə maraqlı ola bilər