Əli Mirəliyev oğlunu ittiham etdi: “Yaxşı kişi olsaydı, arvadı qaçmazdı” – VİDEO

11:35

22 İyun

lady gaga

Əli Mirəliyevin nəvəsi “Səhər-Səhər” verilişinin qonağı olub.

 

Müğənni öz adını qoyduğu nəvəsinin anası tərəfindən tərk edildiyini deyib:

 

“Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənə və babaya… O, uşaq 12-13 yaşında olarkən gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl, gör! Axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç uşaqla görüşməyib, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır”.

Mirəliyev bu işdə oğlunu günahlandırıb:

“Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da… Mən bunu da deyirəm. Deməli, mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonunu da vermiyib. İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yeməy də vermirdilər”.

Sizə maraqlı ola bilər