Elnarə “Lider”dən istefa etdi. “Xəzər”ə gedir – YENİLƏNİB

19:45

12 Yanvar

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb.

 

lady gaga

Bu barədə ifaçının mətbuat sözçüsü Ümidə Həsənli saytımıza saytımıza açıqlama verib. O, məsələ ilə bağlı bu sözləri deyib:

 

“Bilirsiniz ki, Elnarə xanım həm də aparıcı kimi uğur qazanıb.  Müxtəlif illərdə başqa-başqa telekanallarda verilişlər aparıb. “Space” telekanalında layihə sona çatdıqdan sonra bir neçə telekanaldan təkliflər gəldi. Lakin “Lider” telekanalı necə deyərlər, irəli düşdü. Əslində Elnarənin özünün də maraqlı ideyaları var. Telekanallar da çox sağ olsunlar, hər zaman onun üzünə açıqdır. Təklifləri hələ də qüvvədədir. Elnarə bir neçə gün dincəldikdən sonra bununla bağlı düşünəcək. Amma bugünlərdə konkret “Xəzər” telekanalı ilə bağlı heç bir danışıq olmayıb. Bu arada, onu da nəzərinizə çatdıraq ki, Elnarənin  heç bir telekanalla ədavəti yoxdur. Hər bir telekanala hörməti var, onlar da Elnarənin xətrini çox istəyirlər, sağ olsunlar.  O çox zaman verilişləri, verilişlərin mövzularını və aparıcıları tənqid edir. Elnarəni yenə aparıcı kimi görəcəksiniz. Amma hansı telekanalda hələ qərara gəlinməyib”.

 

***

 

Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb.

Müğənninin kanaldan ayrılmasına səbəb rəhbərliklə yola getməməyi olub.

Bildirilir ki, müğənnidən verilişlərindən birinə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni “Lider TV”dən ayrılıb.

E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığı təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib: “Bəli, Elnarə xanım “Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.

Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan  “Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

Qeyd edək ki, Elnarə “Lider”dən öncə “Space”də aparıcılıq edirdi. O, “Lider”də “Xeyirli axşamlar” verilişinə ötən ayın sonları aparıcılıq edirdi. //lent.az

 

***

 

Əldə etdiyimiz məlumata görə, müğənni “Xəzər” TV-də yeni verilişlə ekranlara geri dönəcək.

Məlumat üçün onu da bildirək ki, ifaçı bir müddət öncə “Xəzər”TV-də yayımlanan “5 də 5” verilişində Sevil-Sevinc Səfərovalara banan yedirən aparıcı Zaur Kamalı tənqid etmiş, hətta hər kəsi sözügedən verilişi boykot etməyə səsləmişdi.

Sizə maraqlı ola bilər