Əməkdar artistdən arvadı və dörd qızını öldürən şəxsə dəstək

19:21

7 Dekabr

Əməkdar artist Yusif Mustafayev “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində Salyandakı dəhşətli qətlə bağlı fikirlərini açıqlayıb.

 

lady gaga

Tanınmış müğənni cinayəti törətməkdə ittiham olunan Fərhad Əliyevə dəstək olub:

 

“Bir məsəl var, deyir, imam üçün ağlayanda, gərək yezid üçün də ağlayasan. Mən o adama haqq qazandırmıram, qazandıra bilmərəm. O, ən qatı cinayətkardır. Amma burada bir şey var. Onu bu həddə gətirib çıxarma səbəbləri də var axı. Elin qınağı var. O da bir kişi olub, çıxıb çölə. Bəlkə də onun qulağına bunlarla bağlı müəyyən sözlər gəlib və məcbur olub. Onda hamı dağılıb getsin. Namus, qeyrət əldən gedir axı.  Türkiyəyə getsin. Namus-qeyrət gedir. Qoyun cavanlarımıza dərs olsun da. Belə danışdığıma görə burada məni günahkar çıxarırsınız. Haqq qazandırmıram, Sadəcə olaraq deyirəm ki, bunlar nəsə bəla çəkməli idilər. Bu adam canidir, adam öldürüb. Amma müəyyən səbəb olmasa… Mən deyirəm ki, bundan sonra belə səbəblər olmasın. Deyirsiniz, qardaşı da bu məsələni bilir, amma gizlədirlər. Bütün qohumları bu məsələni gizlədir. Deməli, bunun kökündə nəsə var”.

 

Lakin müğənninin sözünü kəsən aparıcı ona böyük hörmət etdiyini, lakin bu məsələdə onunla eyni fikirdə olmadığını bildirib:

 

“O cinayətkara bəraət qazandırırsınız, hansısa səbəb olduğunu deyirsiniz. Bir insanın digər 5 nəfəri öldürməsinə nə səbəb ola bilər ki? Söhbət namusdan, xəyanətdən gedirsə, onun da cavabı ölüm deyil”.

 

Qeyd edək ki, 2014-cü ildə Salyan şəhərinin “Zavod“ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı – İradə, Rəqibə, Sevda və Ümidəni qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmasında şübhəli bilinən M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev tutulublar.

Sizə maraqlı ola bilər